This is a specific ad

Kaladze: sevinərdim ki, strateji partnyorumuz, ABŞ Gürcüstan vətəndaşları üçün viza rejimini götürsün və ya bu proses asanlaşdırılsın

82

Another advertisement

“Sevinərdim ki, strateji partnyorumuz ABŞ Gürcüstan vətəndaşları üçün viza rejimini götürsün və ya bu proses asanlaşdırılsın” – QafqazTürk xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Kaxa Kaladze mətbuata bildirib ki, statistikaya görə, qonşu ölkələrlə müqayisədə Gürcüstanda ABŞ Səfirliyində verilən vizaların sayı azdır.

“Mən Gürcüstan vətəndaşlarının strateji partnyorumuz ABŞ-la vizasız gediş-gəlişinin mümkün olmasını alqışlayıram. Verilən vizaların sayı statistikasına baxsaq, Gürcüstan bu baxımından qonşu ölkələrdən geridə qalır. Çox sevinərdim ki, strateji partnyorumuz ABŞ-ın imkanı olsun ki, Gürcüstan vətəndaşlarına viza rejimini götürsün və ya bu proses daha da asanlaşdırılsın”, – Kaladze qeyd edib.

Sonrakı yazı
İrakli Ğaribaşvili və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub – ƏTRAFLI
Öncəki yazı
“Avropa günləri” layihəsi çərçivəsində Marneulidə məlumatlandırıcı görüş keçirilib