This is a specific ad

Kaladze: “Müxalifətə hər zaman başqa ölkələrin maraqlarını təmin etməyə çalışırlar”

50

Another advertisement

Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, müxalifət nümayəndələri onlara verilən tapşırıqları yerinə yetirir və müvafiq bəyanatlar verirlər.

QafqazTürk xəbər verir ki, Tbilisi meri bu barədə mətbuata danışıb.

Kaxa Kaladze qeyd edir ki, müxalifətin ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulması ilə bağlı çağırışlarına baxmayaraq, Gürcüstan hökuməti ölkəyə ziyan vuracaq addımlar atmayacaq.

“Müxalifət nə özünə məxsusdur, nə də öz ölkəsinə. Bu insanlar hər zaman başqa ölkələrin maraqlarını təmin etməyə çalışırlar. Sadəcə olaraq onlara bu bəyanatları vermək tapşırılıb. Ölkəmizə zərərli olacağını əvvəlcədən bildiyimiz bir addımı atmayacağıq. Avropa İttifaqı ölkələrinin, təbii ki, Rusiya Federasiyası ilə ticarət əlaqələri var. Sanksiyalara qoşulmaq isə bilirik ki, iqtisadiyyatımız üçün problem olacaq. Niyə bizə zərər verəcək bir şey etməliyik?”, – deyə Tbilisi meri bildirib.

Sonrakı yazı
ილჰამ ალიევი: სომხეთი ასევე ხელს უშლის ზანგაზურის დერეფნის გახსნას
Öncəki yazı
Rustavidə ödənişsiz kinolar nümayiş etdiriləcək