This is a specific ad

Kaladze: “İyun ayı üçün Avropa Komissiyasının verdiyi 12 bəndlik şərtlər əsaslı şəkildə yerinə yetirilmiş olacaq”

16

Another advertisement

“İyun ayı üçün Avropa Komissiyasının verdiyi 12 bəndlik şərtlər əsaslı şəkildə yerinə yetirilmiş olacaq”

QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

Mer həmçinin bildirib ki, müxalifət bu prosesə yalnız maneəçilik törədir.

“Hər şeyi əsaslı şəkildə yerinə yetirilir. İyunda namizəd statusunun verilməsi üçün qeyd olunan 12 bəndlik şərtlər yerinə yetiriləcək. Müxalifət bu prosesdə iştirak etmək üçün heç bir addım atmayıb. Hamımız çalışmalıyıq ki, Gürcüstanın Avropaya inteqrasiyası baş versin. Lakin konkret partiyalar maneəçilik yaratmaq üçün hər şeyi edirlər. Vizaliberallaşdırma, assosiasiya müqaviləsi imzalnması prosesi vaxtı da belə edirdilər və bu gün də eynisini edirlər Yekunda, hər şey Avropa İttifaqından asılıdır. Onlar qərar verəcəklər, Gürcüstana status verəcəklər ya yox”, – Kaladze bəyan edib.

Sonrakı yazı
Marneulinin 3 saylı ictimai məktəbində son zəng şənliyi keçirilib – FOTO
Öncəki yazı
Avropa Komissiyası: Avropa İttifaqı artıq Rusiya enerjisindən asılı deyil