This is a specific ad

Kaladze: “Ğaribaşvili Qətərdə düzgün mesajlar verdi, biz keçmişdən acı nümunələri xatırlayırıq və həqiqəti danışmaqdan, sual verməkdən çəkinməməliyik”

72

Another advertisement

“Ğaribaşvili Qətərdə düzgün mesajlar verdi, biz keçmişdən acı nümunələri xatırlayırıq və həqiqəti danışmaqdan, sual verməkdən çəkinməməliyik”

QafqazTürk xəbər verir ki, mətbuata açıqlama verən paytaxt meri Kaxa Kaladze baş nazir İrakli Ğaribaşvilinin Qətərə səfərini dəyərləndirib və Qətər İqtisadi Forumunda baş nazir tərəfindən düzgün mesajların verildiyini qeyd edib.

Kaxa Kaladzenin sözlərinə görə, hökümətin ölkənin gələcəyinə xələl gətirən səhvləri təkrarlamağa haqqı yoxdur və hökumət yalnız problemləri yaxşı təhlil etdikdən sonra konkret qərarlar qəbul etməlidir.

“Sözügedən sammitdə Qətərə çox mühüm səfər edən İrakli Qaribaşvili çox mühüm çıxışı edib və burada düzgün mesajlar verib. Həqiqəti danışmaqdan çəkinməməliyik. Bu gün biz çox çətin bir dövrdən keçirik.. Ona görə də açıq-aydın suallar yaranır. 2008-ci ildə biz əraziləri itirəndə Gürcüstanda müharibə gedirdi, dəstək harda idi, niyə həmrəylik yox idi? Niyə bu bəyanatlar verilmirdi, niyə sanksiyalar yox idi? Biz bu çətinliklərdən keçdik və nə əldə etdik? Ərazilərimizi itirdik, çoxlu qaçqınlar, dinc sakinlər həlak oldu, qəhrəman oğlanlarımız vəfat etdilər… Biz bu ən böyük bədbəxtliyi öz başımıza yaşadıq. Ona görə də biz keçmişdən çox acı nümunələri xatırlayırıq və bu ölkəyə, ölkəmizin gələcəyinə xələl gətirəcək səhvlərə yol verməməli, emosiyalarla qərarlar verməməliyik. Biz konkret məsələləri təhlil etməli və buna uyğun addımlar atmalıyıq”, – deyə Kaxa Kaladze bildirib.

Sonrakı yazı
Əliyev: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün…”
Öncəki yazı
“Uzbekistan Airways” Daşkənd-Batumi istiqamətinə uçuşlara başlayıb – DETALLAR