“12 tövsiyə istiqamətində işlərə başlanılıb və nəinki iş, konkret addımlar atılıb, fikrimcə bütün tövsiyələr iyul ayına kimi yerinə yetirilmiş olacaq” – bu barədə paytaxt meri Kaxa Kaladze jurnalistlərə müsahibəsində bildirib.
O, bir neçə istiqamətin qaldığını və ölkənin namizəd statusu alması üçün bu tövsiyələrin yerinə yetirilməsi istiqamətində hər şeyin edildiyini bildirib.
“Sizin postunuzu Elene Xoştaria, sonra Viola fon Kramon paylaşıb və onlar Gürcüstanın namizəd statusu alarsa, bunun iqtidarın deyil, xalqın sayəsində baş verə biləcəyini yazıblar, bunu necə qiymətləndirirsiniz? “-deyə ünvanlanmış suala Kaladze belə cavab verib: “Mən indi bu barədə ciddi şərh verməyin nə dərəcədə düzgün olacağını bilmirəm. Bu insanların nəyi təmsil etdiyini, kim olduqlarını, motivasiyalarının nə olduğunu bilirik və birbaşa demək olar ki, onların əsas məqsədi, vəzifəsi və motivasiyası ölkənin status almamasıdır və bunun üçün hər şeyi edirlər”.
O bildirib ki, Gürcüstan, gürcü xalqı və iqtidar bu statusa layiqdir və başqa ölkələrə namizədlik status veriləndə də layiq idi.
“Gürcüstan atılan konkret addımlarla, həyata keçirilən islahatlarla hər şeydə öndə idi, hərçənd burada da hiyləgər plan var idi, bu, Gürcüstana namizəd statusunun verilməməsi siyasi qərar idi. Bütün bunlara baxmayaraq, Avropaya inteqrasiyanın mürəkkəb yolunda Gürcüstan hökuməti qeyd olunan 12 tövsiyəni yerinə yetirmək üçün hər şeyi edəcək” – deyə Kaxa Kaladze açıqlayıb.