“Rusiyanın “Azimut” aviaşirkəti Gürcüstanın işğal olunmuş ərazilərini müstəqil ölkələr siyahısından çıxarıb ki, bu da çox yaxşıdır.”
QafqazTürk xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
O, iddia edir ki, sanksiya tətbiq olunan aviaşirkətlər Gürcüstana uça bilməyəcək.
“Sabah birbaşa uçuşlar başlayacaq ki, bu da insanlara başqa ölkə vasitəsilə deyil, birbaşa Rusiyanın müxtəlif şəhərlərinə getmək imkanı verəcək. Bunu etmək istəyənlərə tam məsuliyyətlə bildiririk ki, uçuşlarda heç bir sanksiya tətbiq edilməyəcək aviaşirkət olmayacaq. Həmçinin “Azimut” aviaşirkəti Abxaziyanı müstəqil ölkələr siyahısından çıxardıb ki, bu çox yaxşıdır”, – Kaladze bildirib.
Xatırladaq ki, Rusiyanın “Azimut” aviaşirkəti mayın 17-dən Gürcüstana uçuşlar həyata keçirəcək.