This is a specific ad

Kahramanmaraşda inşa olunan “Azərbaycan məhəlləsi”nin gələcək görüntüsü – FOTO

43

Another advertisement

Kahramanmaraşda “Azərbaycan məhəlləsi” inşa ediləcək.

QafqazTürk.com xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan məhəlləsi”nin ümumi sahəsi 32 hektar təşkil edəcək. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.

Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan məhəlləsi”ndə yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaq.

Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılıb.

20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:

– xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana

– musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı
– rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana

– texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana

– 1 kitabxana

– 1 idman zalı

Yuxarıda da qeyd edildiyi kimi “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 11 və 12-ci kvartallarının tikintisinə başlanılıb. İki kvartalda ümumilikdə 16 yaşayış binası yerləşdir. Binalar 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyə Ordusu 5 terrorçunu zərərsizləşdirib
Öncəki yazı
გრიპთან ერთად არის რესპირატორულ-სინციტიური ვირუსი, რომელიც მძიმედ მიმდინარეობს ორ წლამდე და 65 წელს გადაცილებულ მოსახლეობაში – ივანე ჩხაიძე