Another advertisement
Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə AFAD-ın rəsmi sosial şəbəkə səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Pazarcık rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Yerin 9.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl vilayətin Dulkadiroğlu rayonunda 4 bal gücündə yer silkələnməsi olmuşdu.