This is a specific ad

Kəpənəkçi kəndindən olan tanınmış alim Arif Acaloğlu Bakıda baş vermiş yol qəzasında həyatını itirib

37

Another advertisement

Kəpənəkçi kəndindən olan tanınmış alim Arif Acaloğlu Bakıda baş vermiş yol qəzasında həyatını itirib.

İstanbul Mərmərə Universitetinin azərbaycanlı müəllimi, türkoloq alim, əslən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan alim Arif Acaloğlu bu gün Bakıda yol qəzasında həlak olub. O, Türkiyədən Bakıya qonaq gedibmiş.

Məlumata görə, Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Azərbaycanın Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Gürcüstanın müdafiə naziri Ermənistanda səfərdədir
Öncəki yazı
Marneulidə “Şotaoba – 2023” qeyd olunacaq