Kənd təsərrüfatı təyinatlı torpaqların pulsuz şumlanması sosial proqramı aktiv şəkildə davam edir

0

Marneuli bələdiyyəsində aztəminatlı ailələr üçün torpaq sahələrinin pulsuz şumlanması proqramı davam edir.

QafqazTürk xəbər verir ki, martın 1-dən etibarən Marneuli bələdiyyəsində sosial proqram yenilənib.

Burada müxtəlif həssas kateqoriyalardan olan ailələr üçün əkin sahələrinin pulsuz şumlanması nəzərdə tutulur.

Sadaxlı inzibati ərazi vahidliyində 33 benefisiarın ərizəsi qəbul edilib və proqram çərçivəsində 12 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi şumlanıb. Hazırkı mərhələdə sözügedən işlər Şaumyan inzibati ərazi vahidliyində aparılır.

Ərizələr may ayının sonuna qədər qəbul ediləcək.
Qeyd edək ki, sosial proqram çərçivəsində 2022-ci ildə bələdiyyə üzrə 90 benefisiarın ərizəsi əsasında 39,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi şumlanıb.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Kreditlərin faiz dərəcəsi artıb – ƏTRAFLI
Öncəki yazı
İnzibati Xətalar Məcəlləsində bəzi dəyişikliklər edilib