Kənd İnkişaf Agentliyinin Layihə İdarəetmə və Texniki Yardım Departamentinin rəhbəri həbs edilib

69

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, Kənd İnkişafı Agentliyinin layihələrin idarə olunması və texniki dəstək departamentinin rəhbərini saxlayıb. Bu barədə brifinqdə xidmət rəisinin müavini Elqucaa Tavberidze məlumat verib.

İstintaqa görə saxlanılan şəxs şəxsi mənfəət məqsədilə təşkil olunmuş cinayətkar qrupun fəaliyyətində iştirak edib və agentliyin keçmiş əməkdaşı  ilə birlikdə saxta sənədlərlə dövlət proqramından 826 815 lari məbləğində vəsait mənimsəyib.

Sözügedən vəsait kənd təsərrüfatı texnikasının alınması üçün nəzərdə tutulub. Artıq bu iş üzrə 11 nəfər saxlanılıb. Zərərin ödənilməsi məqsədilə şübhəlilərin əmlakı və bank hesabları dondurulub.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə araşdırılır və təqsirləndirilənləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir. İstintaq davam edir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Kaxetidə təbii fəlakət bir sıra fəsadlar törədib
Öncəki yazı
2 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur