Media ombudsmanı jurnalistlərin və operatorların cinayət təqibi və saxlanılması ilə bağlı xüsusi istintaq xidmətinə müraciət edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə ombudsman bəyanat yayıb.
“Bu gün, noyabrın 19-da xüsusi təyinatlıların əməkdaşları OC Media-nın jurnalisti Mariam Nikuradzenin jurnalist fəaliyyətinə mane olublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları “Netgazeti”nin müxbiri Givi Avalianiyə şəkil çəkməyə icazə verməyiblər.
“Mtavari Arxi”nin operatoru Serqi Baramidze jurnalist fəaliyyəti ilə məşğul olarkən saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları “Publika”-nın jurnalisti Mindia Qabadzeyə fiziki təzyiq göstəriblər.
Daxili İşlər Nazirliyini mətbuata və aksiya iştirakçılarına qarşı zorakılığı dayandırmağa çağırırıq.
Biz Xüsusi İstintaq Xidmətini dövlət məmurları tərəfindən törədilən cinayətlərlə bağlı dərhal araşdırmaya başlamağa çağırırıq”, – media ombudsmanının bəyanatında deyilir.