Another advertisement
“Rejim məhbuslarına azadlıq” – bu tələblə jurnalistlər və vətəndaş fəalları Batumidə küçələrdə yürüş edirlər.
Qeyd olunur ki, Melikişvili və Qorqiladze küçələrinin kəsişməsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Aksiya iştirakçılarının sözlərinə görə, onlar dinc şəkildə aksiya keçirir və məhbusların azadlığa buraxılmasını tələb edirlər.
“Rejim məhbusları qanunsuz saxlanılır”. Onların azadlığa buraxılmasını tələb edirik. Mzia Amaqlobeli İvanişvilinin məhbusudur. İnsanlar Avropanın gələcəyi üçün mübarizə aparır”, – yürüş iştirakçıları bildiriblər.