Jurnalist Sərdar Amindən Nikolay Valuyevə sərt reaksiya: Azərbaycanlılar olmasaydı, Rusiya bazarında çürük cevizdən başqa heç nə tapılmazdı

58

Real TV”nin “Başdan başa” proqramının  aparıcısı Sərdar Amin verib. Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin orada yaşayan azərbaycanlılara qarşı işlətdiyi ifadələrə sərt reaksiya verib.

QafqazTürk Media xəbər verir ki, S.Amin Azərbaycanın təkcə Rusiyaya işləməyə gedən ticarətçilərlə təmsil olunmadığını vurğulayıb.

Aparıcı həmvətənlərimizin böyük ziyalı və biznes sahibləri kimi tanındığını da vurğulayıb.

“Bazar adamı” kimi aşağılanan soydaşlarımız olmasaydı, Rusiya bazarında çürük cevizdən başqa heç nə tapılmazdı”,- jurnalist qeyd edib.

 

Sonrakı yazı
Avropa Komissiyası – Biz prezident Trampın ticarət siyasətini yanlış istiqamətdə atılmış addım hesab edirik
Öncəki yazı
Polis Kaspi Bələdiyyəsində 85 yaşlı qadının qətlində şübhəli bilinən şəxsi həbs edib