İzmirdə polis bölməsinə hücum: 2 ölü, 6 yaralı

41

Türkiyənin İzmir şəhərinin Balkova rayonunda polis bölməsinə silahlı hücum olub. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub, 6 nəfər isə yaralanıb. Yaralananlar arasında həm polis əməkdaşlarının, həm də vətəndaşların olduğu bildirilir.

Hüquq-mühafizə orqanları hücumu törətməkdə şübhəli bilinən 16 yaşlı şəxsi saxlayıblar. İzmir Baş Prokuroru Əli Yeldan hadisənin motivlərinin müəyyənləşdirilməsi üçün istintaqın başladığını açıqlayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Macarıstan baş nazirindən iddia! Ukrayna üç zona üzrə bölünəcək
Öncəki yazı
Rusiya Ukraynanın hökumət binasını vurdu