Another advertisement
Türkiyənin İzmir şəhərində dünən başlayan meşə yanğını ilə mübarizə davam edir.
QafqazTürk.com xəbər verir ki, yanğın şəhərin Gaziemir və Buca bölgələrində qeydə alınıb. Güclü külək səbəbindən alovlar yaşayış məntəqələrinə qədər çatıb.
İzmir valisi Süleyman Elban yanğının söndürülməsi üçün 7 təyyarə, 23 helikopter və 2172 canlı qüvvənin cəlb edildiyini açıqlayıb. Xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.