This is a specific ad

İyunun 15-17-də Gürcüstanda gözlənilən hava şəraiti

56

Another advertisement

İyunun 15-də yüksək temperatur fonunda Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.                                                                                            İyunun 16-17-də ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti gözlənilir. Qərbi Gürcüstanda havanın temperaturu nisbətən aşağı düşəcək.
Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): iyunun 15-i günün sonundan 18-dək arabir yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyunun 15-i günün sonundan 18-dək arabir yağış yağacağı, şimşək çaxacağı, küləyin güclənəcəyi gözlənilir. İyunun 15-də havanın temperaturu gündüz +33, +35 dərəcə isti, iyunun 16-17-də isə +27, +29 dərəcəyədək enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): iyunun 15-i günün sonundan 18-dək arabir yağış yağacağı, şimşək çaxacağı, güclü külək yağacağı, dolu düşəcəyi gözlənilir. də gözlənilir. İyunun 15-də havanın temperaturu gündüz +30, +32 dərəcə isti, iyunun 16-17-də isə +26, +28 dərəcəyədək enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): iyunun 15-i günün sonundan 18-dək arabir yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): iyunun 15-i günün sonundan 18-dək şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, güclü külək olacağı ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): iyunun 15-i günün sonundan 18-dək qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü küləklərin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): iyunun 15-i günün sonundan 18-dək şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): iyunun 15-i günün sonundan 18-dək qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü küləklərin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Kateqoriya: Region
Sonrakı yazı
İtaliyada G7 liderlərinin sammiti işə başlayıb
Öncəki yazı
უკრაინამ გერმანიისგან ახალი სამხედრო დახმარება მიიღო