This is a specific ad

İyun ayından etibarən nəqliyyat vasitələri yoxlanılacaq

81

Another advertisement

İyun ayından etibarən yollarda avtomobillərdən atmosferə atılan zərərli maddələrin tərkibinə xüsusi qurğularla nəzarət ediləcək.

Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin nümayəndəsi Tariel İremadzenin qeyd etdiyinə görə , ilk mərhələdə qanun 4 şəhərə – Tbilisi, Kutaisi, Batumi və Rustaviyə şamil olunacaq;

Sanksiyalar aşağıdakı kimi müəyyən edilib: qaydanı pozan şəxs ilk halda 100 lari, təkrar edildiyi təqdirdə isə 300 lari cərimə olunacaq.

“Nəqliyyatdan atmosfer havasının çirklənməsinin azaldılması məqsədilə 2023-cü ilin iyun ayından Ətraf Mühitə Nəzarət Departamenti avtomobil yollarına atılan tullantıların xüsusi texnika vasitəsilə nəzarətə götürülməsini planlaşdırır.

Xüsusilə, Ekoloji Nəzarət Departamentinin patrul və çevik cavabdehlik əməkdaşları ilk mərhələdə Gürcüstanın 4 böyük şəhərində (Tbilisi, Batumi, Rustavi, Kutaisi) yollarda istənilən növ avtonəqliyyat vasitələrini saxlayacaq və atmosferə atılan tullantıları yoxlayacaq”- deyə İremadze bildirib

Kateqoriya: Gündəm
Sonrakı yazı
İndoneziyada güclü zəlzələ olub
Öncəki yazı
“Biz tövsiyələrin 80%-ni yerinə yetirmişik…” Darçiaşvili namizədlik statusu haqqında