This is a specific ad

İyulun 7-dək olan hava durumu açıqlandı

44

Another advertisement

İyulun 7-dək yüksək temperatur fonunda respublikanın bəzi ərazilərində yağış yağacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi ehtimalı var.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, havanın temperaturu iyulun 4-də Qərbi Gürcüstanda, iyulun 5-6-da isə Şərqi Gürcüstanda +33, +38 dərəcəyədək yüksələcək.

Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. İyulun 4-də havanın temperaturu gündüz +33 +35 dərəcə isti, iyulun 5-6-da isə +36+38 dərəcəyədək yüksələcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): iyulun 4-də isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək. İyulun 5-də günün sonunda və iyulun 6-da qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +27, +29 dərəcəyə enəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü külək ola bilər. İyulun 4-də havanın temperaturu gündüz +33+35 dərəcə isti, iyulun 5-6-da isə +36+38 dərəcəyədək yüksələcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tütünlə Mübarizə Alyansı bəyanat yayıb: “Elektron siqaretlər və tütün məmulatları dərhal…”
Öncəki yazı
GAK sədrindən başsağlığı mesajı