This is a specific ad

İyulun 21-dək Gürcüstan miqyası ilə hava durumu açıqlandı

59

Another advertisement

İyulun 21-i səhərədək Gürcüstanda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dolu düşəcəyi, bəzi yerlərdə güclü küləyin əsəcəyi ehtimalı var.

QafqazTürk Media xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Qurumun yaydığı məlumata görə, iyulun 21-22-də yalnız bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu yenidən yüksələcək.

“İyulun 20-21-də Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. İyulun 22-də hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): iyulun 20-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, iyulun 21-22-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyulun 20-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, iyulun 21-22-də havanın isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +27, +29 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): iyulun 20-21-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. İyulun 22-də hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində 31,33 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): İyulun 20-21-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. İyulun 22-də hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Çalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz 20-22 dərəcə isti təşkil edəcək”, – məlumatda deyilir

Kateqoriya: Region
Sonrakı yazı
Rostov AES-də baş verən qəza nəticəsində radiasiya sızması müşahidə olunub
Öncəki yazı
Parlament “Amnistiya” layihəsini birinci oxunuşda qəbul edib