Another advertisement
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 15-dək Gürcüstanda isti və yağmursuz hava şəraiti gözlənilir. İyulun 15-17-də fasilələrlə yağış yağacaq. Havanın temperaturu +32, +34 dərəcəyə qədər yüksələcək.
Agentlik bildirir ki, iyulun 16-17-də Qərbi Gürcüstanda havanın temperaturu 3-4 dərəcə aşağı enəcək.
Paytaxtda isə iyulun 13-14-də Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi, qalan günlərdə isə qısamüddətli yağış yağacağı, gündüz şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.