İyul-sentyabr aylarında Gürcüstan sərhədini ən çox bu ölkə vətəndaşları keçib

1

Daxili İşlər Nazirliyi 2023-cü ilin 3-cü rübü üzrə sərhəd keçid məlumatlarını dərc edib.

QafqazTürk.com xəbər verir ki, rəsmi məlumatlardan da aydın olduğu kimi, iyul-sentyabr aylarında Gürcüstan sərhədini ən çox Rusiya Federasiyası vətəndaşları keçib.

Bununla yanaşı, agentliyin məlumatına görə, 3-cü rübdə dövlət sərhədindən 7 milyon 180 min 916 dəfə (giriş+çıxış) həyata keçirilib. Onların 24%-i Gürcüstan, 76%-i isə xarici ölkə vətəndaşları olub.

Bundan başqa, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyul-sentyabr aylarında xarici ölkə vətəndaşlarının 2 milyon 689 min 306 ölkəyə gəlişi və 2 milyon 734 min 526 ölkədən getməsi qeydə alınıb.

Onların arasında Gürcüstanın dövlət sərhədini ən çox Rusiya vətəndaşları keçib. Onlar tərəfindən hesabat dövründə 766 min 278 giriş və 780 min 514 çıxış qeydə alınıb. Onu 551 min 107 gələn və 553 min 600 nəfərlə Türkiyə izləyir, 451 min 809 gələn və 452 min 562 nəfərlər isə Ermənistan 3-cü yerdədir.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
GAK sədri Hüseyn Yusubov: “Prezident İlham Əliyev praqmatik, uzaqgörən və layiqli dövlət başçısıdır”
Öncəki yazı
Gender üzrə ən yüksək maaş fərqi olan vəzifələr – FOTO