This is a specific ad

İvanişvili və Makron arasında telefon danışığı baş tutub

56

Another advertisement

“Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Hakim partiyanın məlumatına görə, telefon danışığı Fransa prezidentinin təşəbbüsü ilə keçirilib və bir saat davam edib.

İki tərəfli telefon danışığı zamanı Gürcüstandakı vəziyyətə toxunulub. Həmçinin, tərəflər növbəti günlərdə əlaqənin yenidən qurulması barədə razılığa gəliblər.

“Fransa prezidentinin təşəbbüsü ilə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə Emmanuel Makron arasında telefon danışığı olub. Makron Gürcüstandakı vəziyyətə görə təəssüfləndiyini qeyd edib və bu vəziyyətin tam aradan qaldırılmasına töhfə vermək arzusunda olduğunu bildirib. Bidzina İvanişvili də öz növbəsində Fransa Prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb”, – “Gürcü arzusu”nun yaydığı məlumatda deyilir.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
12 dekabr tarixinə olan valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
İrakli Qaribaşvilinin Gürcü arzusu ofisində döyülməsi ilə bağlı partiya münasibət bildirdi