This is a specific ad

İvanişvili: “Hər an Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etməyə hazır olmalıyıq”

390

Another advertisement

“Biz hər an Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etməyə hazır olmalıyıq”.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili Ozurqetidə keçirilən seçki kampaniyasının regional tədbirində çıxışı zamanı qeyd edərək əlavə edib ki, bunun üçün hakim komandaya maksimum legitimlik lazımdır.

İvanişvilinin bildirdiyinə görə, oktyabrda keçiriləcək seçkilərdə hakim partiyaya konstitusiya çoxluğu lazımdır, çünki məhz belə şəraitdə müxalifəti mühakimə etmək və siyasi sistemi bərpa etmək, Gürcüstan cəmiyyətini psevdoliberal siyasətdən qorumaq mümkündür.

“Unutmayın ki, verdiyiniz hər səs Gürcüstanın birləşməsi üçündür. Ona görə də “Gürcü arzusu”na konstitusiya çoxluğu lazımdır, çünki sadaladığım məsələlər müxalifəti mühakimə etmək və siyasi sistemin gücləndirilməsi, ölkəmizi və cəmiyyətimizi psevdoliberal dəyərlərdən qorumaq, Gürcüstanın birləşməsinə hazırlıq yalnız konstitusiya çoxluğu əldə olunarsa mümkündür”, – Bidzina İvanişvili bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Bidzina İvanişvili: Gürcü arzusu Gürcüstanda yeganə siyasi qüvvədir ki, ölkəyə 12 il fasiləsiz sülh gətirdi”
Öncəki yazı
“Gürcü arzusu”- nun seçki proqramı bu tarixdə təqdim ediləcək