Another advertisement
İtaliyada supermarketdən ərzaq və kiçik əşyalar oğurlayan iki gürcü həbs edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məluma İtaliya mətbuatında yayılıb.
Yayılmış məlumata görə, həbs edilənlərin 30 və 33 yaşları var. İtaliya mətbuatı yazır ki, saxlanılanlardan biri pulunu ödəmədən bel çantası ilə məhsulları götürməyə çalışıb, digəri isə məhsulları köynəyinin altında gizlədib.
Oğurlanan əşyalar arasında məhsullarla birlikdə iki qulaqlıq, diş fırçası və digər gigiyena vasitələri də olub. Ümumilikdə əşyaların dəyəri təxminən 600 avrodur.
Saxlanılan şəxslər istintaq təcridxanasına köçürülüb.