İtaliyada 2 Gürcüstan vətəndaşı mənzil oğurluğu ittihamı ilə saxlanılıb

3

İtaliyada iki Gürcüstan vətəndaşı mənzilləri qarət etməkdə ittiham edilərək saxlanılıb.

 

QafqazTürk.com xəbər verir ki,bu barədə yerli media məlumat yayıb.

 

Məlumata görə xəbər polisə səhər saatlarında daxil olub – vətəndaşlardan biri 112-yə zəng edərək yaşayış binasının damında iki nəfərin siluetini gördüyünü bildirib.

 

Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ətrafı bağlayıb, bundan sonra iki nəfəri həbs edə biliblər. 34 və 39 yaşlı müttəhimlərin üzərində axtarış zamanı əlcək, vint və qıfıl tapılıb.

 

Saxlanılan şəxslərin 2 mənzili qarət etdikləri müəyyən edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb – Gürcüstan vətəndaşları istintaq təcridxanasına yerləşdirilib.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
Marneulidə Novruz Bayramı şənliyi keçirilib – FOTOLAR
Öncəki yazı
Salome Zurabişvili azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib