Another advertisement
İtaliyada iki Gürcüstan vətəndaşı mənzilləri qarət etməkdə ittiham edilərək saxlanılıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə yerli media məlumat yayıb.
Məlumata görə xəbər polisə səhər saatlarında daxil olub – vətəndaşlardan biri 112-yə zəng edərək yaşayış binasının damında iki nəfərin siluetini gördüyünü bildirib.
Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ətrafı bağlayıb, bundan sonra iki nəfəri həbs edə biliblər. 34 və 39 yaşlı müttəhimlərin üzərində axtarış zamanı əlcək, vint və qıfıl tapılıb.
Saxlanılan şəxslərin 2 mənzili qarət etdikləri müəyyən edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb – Gürcüstan vətəndaşları istintaq təcridxanasına yerləşdirilib.