BBC-nin məlumatına görə, leysan yağışlar səbəbindən İtaliyanın iki bölgəsində – Toskana və Emiliya-Romanyada sakinlərə mümkün daşqın və sürüşmə təhlükəsi barədə xəbərdarlıq edilir.
Toskana yerli hökuməti xilasetmə və səhiyyə xidmətlərinin tam hazırlıq vəziyyətində olduğunu bildirib. Bundan əlavə, Toskananın 60-dan çox bələdiyyəsində məktəblər bağlanıb.
Fəlakət səbəbindən ən yüksək qırmızı həyəcan səviyyəsi Florensiya və Piza kimi şəhərlərdə qüvvədədir. Pizada Arno çayının sahillərində daşqından mühafizə tədbirləri quraşdırılıb.
BBC-nin məlumatına görə, cümə günü səhər Florensiyada güclü yağış yağıb, Boloniyada isə sürüşmə baş verib. Gözlənilən güclü yağışla əlaqədar xilasedicilər bəzi vətəndaşları təxliyə ediblər. Florensiya Universitetinin bir neçə kampusunda tədris prosesi dayandırılıb.
Zərərçəkmişlər barədə hələlik məlumat verilmir.
Su basması və ağacların aşması səbəbindən yollarda nəqliyyatın hərəkəti çətinləşib.