ISW: “Rusiya dindən silah kimi istifadə edir”

0

ABŞ-nin Müharibənin Tədqiqi İnstitutu (ISW) növbəti hesabatında Rusiyanın ötən ilin fevralında genişmiqyaslı işğala başlamasından bəri Ukraynanın işğal olunmuş ərazilərində həyata keçirdiyi dini repressiyaları təhlil edir.

QafqazTürk.com xəbər verir ki, ekspertlər yazırlar ki, Rusiya hökuməti özü Ukraynanın işğal olunmuş ərazilərində dini azadlıqları kobud şəkildə pozmasına baxmayaraq, Ukraynanı beynəlxalq aləmdə nüfuzdan salmaq və hərbi məqsədlərə çatmaq üçün dinə əsaslanan informasiya əməliyyatları keçirmək məqsədi ilə dindən silah kimi istifadəyə davam edir.

Qeyd edilir ki, Rusiya pravoslavların yaxınlaşan Pasxa bayramından istifadə edərək, pravoslav dininə hörmət göstərərək atəşkəsə çağırmaqla Ukraynanın əks-hücumunu ləngidə bilər, baxmayaraq ki, Rusiya özü işğal etdiyi ərazilərdə dinə belə hörmət göstərmir.

Ekspertlər belə qənaətə gəliblər ki, dini təqiblər də Rusiyanın müstəqil Ukrayna xalqı və Ukrayna Pravoslav Kilsəsi ideyası məhv etmək məqsədi daşıyan, davam edən mədəni soyqırımı və etnik təmizləmə kampaniyasının bir hissəsidir.

Mənbə: BBC

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Bəşəriyyət yeni təhlükə ilə üz-üzədir: Plastik tullantılar dünyamızı zəbt edir 
Öncəki yazı
KİV: Miqrantları daşıyan qayıq İtaliya sərhədi yaxınlığında batıb, 20 nəfərin taleyi hələlik məlum deyil