This is a specific ad

İsveçrədə 3 nəfər Gürcüstan vətəndaşı saxlanılıb

14

Another advertisement

İsveçrənin Baden şəhərində “Spar” supermarketindən siqaret oğurlayan 3 nəfər gürcü saxlanılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə İsveçrə mediası məlumat yayıb.

Məlumata əsasən gürcülərdən biri kassirin diqqətini yayındırıb, digər ikisi isə bir neçə blok siqaret oğurlayıb.

Polis əvvəlcə mağazanın yaxınlığında olan 26 yaşlı gürcüyü həbs edib, sonra isə 26 və 31 yaşlı digər iki yaşlı cinayətkarların saxlanılmasına müvəffəq olublar.

Supermarketdən oğurlanmış siqaretlərin təxmini dəyəri bir neçə yüz İsveçrə frankıdır.

Hazırda saxlanılan qrupun hər hansı cinayətlərdə əlinin olub-olmadığı üzərində işlər aparılır.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Türkiyədə partlayış baş verib
Öncəki yazı
Şovi faciəsi ilə əlaqədar cinayət işi açılıb