This is a specific ad

İsveçrə Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya tərəfindən verilmiş pasportları tanımır

53

Another advertisement

İsveçrə Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya tərəfindən verilmiş pasportları tanımır.

QafqazTürk.com xəbər verir ki,bu barədə İsveçrə Federal Şurasının saytında dərc olunmuş məlumatda deyilir.

“Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrindən və ya Gürcüstanın separatçı bölgələrindən olan insanlar bundan sonra Şengen vizası ala bilməyəcək və Rusiya tərəfindən verilən səyahət sənədi ilə daxili Şengen sərhədini keçə bilməyəcəklər”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, söhbət adi və diplomatik pasportlardan, vətəndaşlığı olmayan şəxslər üçün yaşayış icazələrindən, dənizçilərin qayıdış şəhadətnamələrindən və şəxsiyyəti təsdiq edən sənədlərdən gedir.

Ukraynanın regionları üçün sənədlərin tanınmaması tarixləri regiondan asılıdır. Gürcüstanın işğal olunmuş rayonlarına gəldikdə isə, tarix kimi 26 avqust 2008-ci il göstərilir – bu tarixdən sonra verilən Rusiya səyahət sənədləri ilə Şengen vizası almaq artıq mümkün olmayacaq.

“2008-ci ilin avqustunda Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı… İsveçrə bu regionları Gürcüstanın ayrılmaz hissəsi hesab edir”, – bəyanatda deyilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bloqer “Nikosayağı”nın son vəziyyəti açıqlandı
Öncəki yazı
ირაკლი ღარიბაშვილი ბენიამინ ნეთანიაჰუს შეხვდა