Another advertisement
Media – İsveçrə Donald Tramp və Vladimir Putin arasında görüş təşkil etməyə hazırdır.
İsveçrə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin istərsə, onların görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.
“Bürgenstokda keçirilən sammitdən sonra biz müntəzəm olaraq Ukrayna, Rusiya və Birləşmiş Ştatları sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə məlumatlandırmışıq”, – Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.
Le Temps yazır ki, İsveçrə hökuməti danışıqlara başlamaq niyyətində deyil, ancaq tərəflər razılaşarsa, buna hazırdır.