This is a specific ad

İsveçdə PKK tərəfdarları Türkiyəyə qarşı etiraz aksiyası keçirib

98

Another advertisement

İsveçdə PKK tərəfdarları Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana qarşı etiraz aksiyası keçirilib.

QafqazTürk.com xəbər verir ki, aksiyaya səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin NATO-ya üzvlük iddiası olub.

Aksiyaçılar bazar günü paytaxt Stokholmda Norra Bantorget meydanına toplaşaraq iyunun 1-dən qüvvəyə minən yeni antiterror qanununun ləğvini tələb ediblər.

İsveç parlamentini prezident Ərdoğana boyun əyməkdə günahlandıran və qanunun xüsusi olaraq onun üçün hazırlandığını iddia edən terrorçulara rəğbət bəsləyənlər hökuməti istefaya çağırıblar.

Polisin müşayiəti altında terror qruplaşmasının tərəfdarları İsveç parlamentinə çatana qədər təxminən üç saat yarım yürüş ediblər.

Aksiyada təxminən 1000-ə yaxın etirazçı iştirak edib və polis onların maneəsiz davam etməsini təmin etmək üçün yürüş marşrutu boyunca yolları müvəqqəti bağlayıb.

Məlumat üçün bildirək ki, İsveçdə iyunun 1-də yeni antiterror qanunu qüvvəyə minib. Qanun, terror fəaliyyətlərində iştirak edən və ya terror təşkilatları ilə əməkdaşlıq edənlərin 4 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda kənd təsərrüfatı məhsullarının qiyməti artıb
Öncəki yazı
Kleverli: “Ukrayna müharibədə qalib gələcək və bizim köməyimizə arxalana bilər”