This is a specific ad

İsveçdə Quranın yandırılmasına qarşı iki aksiya keçirilib

19

Another advertisement

İsveçin iki şəhərində Quranın yandırılmasına qarşı iki kütləvi etiraz aksiyası keçirilib.

QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir ki,dörd minə yaxın insan Stokholmun mərkəzində, iyunun 28-də İraqdan olan bir mühacirin müsəlmanların müqəddəs kitabından bir neçə səhifəni qopararaq yandırdığı məscidin yaxınlığında toplaşıb.

Üç mindən çox insan ölkənin cənubunda, Malmö şəhərində “Quranla islamofobiyaya qarşı” şüarı ilə nümayiş keçirib. Aksiyaları yerli müsəlman təşkilatları təşkil ediblər.

Qeyd edək ki, İsveç rəsmiləri daha əvvəl iraqlının hərəkətini pisləyib və onun “heç bir halda ölkə hökumətinin fikirlərini əks etdirmədiyini” vurğulayıblar.

İsveç Xarici İşlər Nazirliyi Quranın yandırılmasını “etinasızlıq və aşkar təxribat” adlandırıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
„ღადირ-ხუმის“ დღესასწაულთან დაკავშირებით, ქალაქ მარნეულში საზეიმო ღონისძიება გაიმართა
Öncəki yazı
Özbəkistan prezident seçkisinin yekun nəticəsi açıqlandı