Pakistanın tələbi ilə BMT-nin İnsan Hüquqları Şurası İsveçdə məsciddə Quranın yandırılması ilə bağlı təcili iclas keçirəcək.
QafqazTürk.com xəbər verir ki,bu barədə Şuranın mətbuat xidmətindən xəbər verilib.
“Dini nifrətin artması ilə bağlı” debatın bu həftənin sonunda baş tutacağı gözlənilir.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Medboryarplatsen meydanında 37 yaşlı iraqlı qaçqın Quranın nüsxəsini yandırmaqla aksiya keçirib. Bu hadisə dünyanın bir sıra müsəlman icmalarını və xüsusən də İraq hakimiyyətini qəzəbləndirib. Bundan sonra Bağdad sakinləri İsveç səfirliyinə hücum ediblər. Yüzə yaxın adam darvazanı sındıraraq əraziyə daxil olub və səfirin ölkədən çıxarılmasını tələb ediblər.
Avropa İttifaqı bu cür aksiyalara qarşı çıxıb. Roma Papası Fransisk öz növbəsində qəzəbli olduğunu və Quranın yandırılması kimi hərəkətlərə nifrət etdiyini deyib.
-