Another advertisement
İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına qərar verib.
QafqazTürk xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb.
“Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib”, – nəşr yazıb.
Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir.
Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişidən gedir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.
“Aftonbladet” İsveç Ali Məhkəməsinin qərarının NATO-nun Vilnüs sammitindən bir müddət əvvəl verildiyinə diqqət çəkib. Sammit iyulun 11-12-də keçiriləcək.