This is a specific ad

İsveç payızda NATO-ya üzv ola bilər

54

Another advertisement

NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, İsveç 2023-cü ilin payızında rəsmən Alyansa qoşulacaq.

QafqazTürk.com xəbər verir ki,bu barədə SVT telekanalına müsahibəsində bildirib.

İsveçin payızda Alyansa qoşulub-qoşulmayacağı ilə bağlı suala o, belə cavab verib: “Mən həmişə konkret tarixlərə çox diqqətli yanaşıram, amma optimistəm”.

SVT qeyd edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı olaraq İsveçin Alyansa daxil olmaq ərizəsini təsdiqləməyə razılıq verib. Lakin Türkiyə parlamentinin yay tətili ilə əlaqədar iş səngiyib. Buna görə də İsveç oktyabrın 1-dək, türk parlamentarilərin işə qayıtdıqları vaxtadək gözləmək məcburiyyətindədir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qarsda Azərbaycan İş Adamları Dərnəyi yaradılıb
Öncəki yazı
Donald Tramp həbsi ilə ABŞ tarixinə düşdü