This is a specific ad

İsveç Gürcüstan hökuməti ilə birbaşa əməkdaşlığı dayandırdığını açıqladı

260

Another advertisement

İsveç hökuməti Gürcüstan hökuməti ilə birbaşa əməkdaşlığı dayandırır.

QafqazTürk Media xəbər verir ki, bu barədə İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Benjamin Dousa bildirib.

Onun sözlərinə görə, “Gürcüstanda baş verən hadisələr uzun müddətdir ki, həyəcanvericidir”.

“Şənbə günü keçirilən parlament seçkiləri zamanı beynəlxalq müşahidəçilər tərəfindən müşahidə edilən qanun pozuntuları bunu təsdiqləyir. Ölkənin vətəndaş cəmiyyətinin demokratik rolunu yerinə yetirməsinə mane olmaq cəhdləri, xüsusən məhdudlaşdırıcı qanunvericilik vasitəsilə Avropa İttifaqının norma və dəyərlərinə ziddir. Ona görə də , hökumət İsveç-Gürcüstan hökuməti arasında birbaşa əməkdaşlığı dayandırır”, Benjamin Dousa deyir.

Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqına yaxınlaşarsa, münasibətlər yeniləşə bilər.

Sweden Herald-ın məlumatına görə, İsveçin Gürcüstana yardımı ildə 200 milyon kron təşkil edir. Bu il ölkənin vətəndaş cəmiyyətinə 25 milyon vəsait ayrılıb.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Medvedev: “Belə hallarda vəzifədən kənarlaşdırılma və həbsdir”
Öncəki yazı
Müxalifət seçkilərin yenidən keçirilməsini tələb edir