Another advertisement
İsveç Xarici İşlər Nazirliyi diplomatik statusa uyğun gəlməyən fəaliyyətə görə beş rusiyalı diplomatı ölkədən çıxarır.
“Reuters”in məlumatına görə, İsveç Rusiya səfirini çağıraraq səfirlikdə çalışan 5 nəfərin Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasına uyğun gəlməyən hərəkətlərə görə ölkəni tərk etməli olduqlarını bildirib.
KİV-in məlumatına görə, Rusiya bu hadisəyə münasibət bildirməyib.
Xatırladaq ki, bundan əvvəl Norveç, Almaniya, Fransa və Belçika rus diplomatlarını casusluq ittihamı ilə ölkədən qovmuşdu.