This is a specific ad

İsveç beş rus diplomatını diplomatik statusa uyğun gəlməyən fəaliyyətə görə ölkədən çıxarır

92

Another advertisement

İsveç Xarici İşlər Nazirliyi diplomatik statusa uyğun gəlməyən fəaliyyətə görə beş rusiyalı diplomatı ölkədən çıxarır.

“Reuters”in məlumatına görə, İsveç Rusiya səfirini çağıraraq səfirlikdə çalışan 5 nəfərin Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasına uyğun gəlməyən hərəkətlərə görə ölkəni tərk etməli olduqlarını bildirib.

KİV-in məlumatına görə, Rusiya bu hadisəyə münasibət bildirməyib.

Xatırladaq ki, bundan əvvəl Norveç, Almaniya, Fransa və Belçika rus diplomatlarını casusluq ittihamı ilə ölkədən qovmuşdu.

Sonrakı yazı
Salome Zurabişvili axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri ilə görüşüb
Öncəki yazı
Çexiya prezidenti: Çin Ukraynaya qarşı müharibənin bitməsində maraqlı deyil