• 30 Noyabr 2023 01:51

İsveç Xarici İşlər Nazirliyi diplomatik statusa uyğun gəlməyən fəaliyyətə görə beş rusiyalı diplomatı ölkədən çıxarır.

“Reuters”in məlumatına görə, İsveç Rusiya səfirini çağıraraq səfirlikdə çalışan 5 nəfərin Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasına uyğun gəlməyən hərəkətlərə görə ölkəni tərk etməli olduqlarını bildirib.

KİV-in məlumatına görə, Rusiya bu hadisəyə münasibət bildirməyib.

Xatırladaq ki, bundan əvvəl Norveç, Almaniya, Fransa və Belçika rus diplomatlarını casusluq ittihamı ilə ölkədən qovmuşdu.

23470cookie-checkİsveç beş rus diplomatını diplomatik statusa uyğun gəlməyən fəaliyyətə görə ölkədən çıxarır