Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri istintaq əməliyyatları nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs ilə dələduzluq yolu ilə özgənin əmlakını mənimsəmək, əmlakı dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə və mülkiyyət hüququnu təsdiq edən saxta sənəd hazırlamaq faktı üzrə bir nəfəri saxlayıblar.
İstintaqla təqsirləndirilən şəxsin qanunsuz maddi fayda əldə etmək məqsədilə, saxta xarici dilli etimadnamə və saxta satınalma müqaviləsindən istifadə etməklə, şirkətlərdən birinə məxsus Siğnaği rayonunda yerləşən, ümumi bazar dəyəri təqribən 3 500 000 lari olan 350 hektar torpaq sahəsini qanunsuz olaraq mənimsədiyi müəyyən edilib. Bununla yanaşı, təqsirləndirilən şəxs eyni yolla həmin şirkətə məxsus Siğnaği rayonunda yerləşən, ümumi bazar dəyəri təqribən 1.000.000 lari olan 100 hektar torpaq sahəsini mənimsəməyə çalışıb, hərçənd müsadirə olunduğu üçün bu işi sona qədər tamamlaya bilməyib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə həbs cəzasını nəzərdə tutan 180, (19) 180, 210 və 362-ci maddələri ilə aparılır.
Qeyd olunan cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.