Gürcüstanda ümumilikdə 3200-dən çox dərman vasitəsi üçün qiymətin yuxarı həddi müəyyən edilib.
QafqazTürk.com xəbər verir ki,bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, istinad qiymət mexanizmi xroniki, onkoloji, antihipertenziv, antikoaqulyasiya, antihistaminik, iltihabəleyhinə, psixoleptik, mədə-bağırsaq traktına, ağrıkəsicilərə və antibiotiklərə şamil edilir.
Qeyd olunub ki, islahatın məqsədi dərman vasitələrinin vətəndaşlar üçün maksimum əlçatanlığını təmin etməkdir. Dəyişiklik nəticəsində əczaçılıq məhsulunun qiyməti orta hesabla 40% ucuzlaşıb.
Məlumat üçün bildirək ki, dərman vasitələrinin siyahısı və maksimal qiymət həddi haqqında məlumatı qeyd olunan səhifədə əldə etmək mümkündür: https://referenceprice.moh.gov.ge/ui/#/main