This is a specific ad

İstehlak kreditlərinin maksimal ödəmə müddəti dəyişdiriləcək

10

Another advertisement

Kredit fəaliyyətinin dinamikasına və bəyan edilmiş siyasətə uyğun olaraq, Milli Bank təminatsız istehlak kreditlərinin maksimum ödəmə müddətini 4 ilə qədər artırmaq qərarına gəlib.

QafqazTürk.com xəbər verir ki, qərara əsasən, bu il noyabrın 1-dən bu cür kreditlər üzrə maksimum müddət limiti 3 ildən 4 ilədək artırılacaq.

“2022-ci ildə qeydə alınan təminatsız istehlak kreditlərinin yüksək artım tempinin azaldığını və fəaliyyətin dayanıqlı səviyyədə qaldığını nəzərə alaraq, bu ilin noyabrın 1-dən bu cür kreditlər üzrə maksimal müddət limiti 3 ildən 4 ilədək artırılacaq. Gələcəkdə Gürcüstan Milli Bankı istehlak kreditləşməsi tendensiyalarını izləməyə davam edəcək, çünki sağlam kredit standartları bu seqmentdə ev təsərrüfatlarının borcunun sabitliyi üçün mühüm ilkin şərtdir”, – deyə Milli Bankın məlumatında bildirilib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
“Qalatasaray” Azərbaycanı təbrik etdi – FOTO
Öncəki yazı
Marneulidə qəzada ağır yaralanan gənc idmançı klinikada həyatını itirib