• 20 Fevral 2025 00:31

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İstanbuldakı kilsəyə hücuma görə 47 nəfər saxlanılıb

ByNiyazi Yusubov

Yan 30, 2024
Another advertisement

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb ki, İstanbuldakı Santa Mariya Kilsəsinə hücuma görə 47 nəfər saxlanılıb.

QafqazTürk.com TRT-yə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 30 müxtəlif ünvana eyni vaxtda basqın edilib.

Bildirilib ki, cinayətdə şübhəli bilinən 2 nəfər də saxlanılıb, onlardan biri Rusiya, digəri isə Tacikistan əsillidir.

Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kilsəyə edilmiş hücum nəticəsində ölənlərin ailələrinə və İtalyanın Türkiyədəki səfirinə zəng edərək baş sağlığı vermiş və cinayətkarların ən qısa vaxtda tapılaraq layiqli cəza alacaqlarının sözünü vermişdi. Hadisədən 10 saat keçməmiş Türkiyə polisi cinayətkarların yerini aşkar edərək onları həbs etməyə müvəffəq oldular.