Another advertisement
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb ki, İstanbuldakı Santa Mariya Kilsəsinə hücuma görə 47 nəfər saxlanılıb.
QafqazTürk.com TRT-yə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 30 müxtəlif ünvana eyni vaxtda basqın edilib.
Bildirilib ki, cinayətdə şübhəli bilinən 2 nəfər də saxlanılıb, onlardan biri Rusiya, digəri isə Tacikistan əsillidir.
Nazir vurğulayıb ki, hər 2 şəxsin İŞİD terror təşkilatının üzvü olduğu dəyərləndirilir.
Qeyd edək ki, dünən baş verən hadisə zamanı kilsədə ibadət edən 1 nəfər qətlə yetirilib.