Rusiya mətbuatı xəbər verir ki, Amerikanın İstanbuldakı baş konsulunun iqamətgahında Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar başlayıb.
Onların sözlərinə görə, tərəflər səfirliklərin işi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Rusiyanın xarici işlər naziri Serqey Lavrov dünən deyib ki, diplomatlar və yüksək səviyyəli ekspertlər görüşərək ABŞ administrasiyasının əvvəlki “Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaradan qeyri-qanuni hərəkətləri” nəticəsində yığılmış sistem problemlərini öyrənəcəklər.
Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya hökumətlərinin nümayəndələri arasında görüş keçirilib və bu görüşdə tərəflər digər məsələlərlə yanaşı, iki ölkənin diplomatik nümayəndəliklərinin işini normallaşdırmaq barədə razılığa gəliblər.