İstanbulda PKK əməliyyatı zamanı 9 terrorçu saxlanılıb

0

Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.

QafqazTürk.com xəbər verir ki, Türkiyənin xüsusi təyinatlı polis qüvvələrinin də iştirak etdikləri əməliyyat nəticəsində PKK-nın Suriya qolu YPG-nin üzvü olan 9 terrorçu saxlanılıb.

Onların yaşadıqları evlərdə terror təşkilatına aid çox sayda rəqəmsal material və müxtəlif ölçülü 72 güllə ələ keçirilib. Araşdırmalar davam edir.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
İsveç Qurana qarşı hörmətsizliyi pislədi
Öncəki yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?