İstanbulda məşhur şəxslərə qarşı narkotik əməliyyatı keçirilib – ƏTRAFLI

46

İstanbulda məşhur şəxslərə qarşı narkotik əməliyyatı keçirilib.
İstanbul Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində, narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etməkdə təqsirləndirilən bir sıra tanınmış şəxslərə qarşı polis tərəfindən əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci ve Mert Yazıcıoğlu ifadələrinin və qan nümunələrinin alınması üçün polis bölməsinə aparılıblar.
Ümumilikdə 19 nəfər ifadə vermək və qan nümunələrinin götürülməsi üçün polis bölməsinə aparılıb. Rəsmi məlumatda qeyd olunur ki, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib və ifadəvermə və tibbi analiz prosesi başa çatdıqdan sonra sərbəst buraxılacaqlar.
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Oktyabrın 9-dan oktyabrın 11-in birinci yarısına kimi Gürcüstanda yağış yağacağı gözlənilir – ƏTRAFLI
Öncəki yazı
Qızını döyərək zorla evləndirmək istəyən ata saxlanılıb