This is a specific ad

İstanbulda əcnəbilərin yaşayış icazəsi alması çətinləşdirilir

42

Another advertisement

Türkiyənin İstanbul şəhərində əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsi, məcburi hallar istisna olmaqla dayandırılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusən də onların təhlükəsizliyinin təmin edilməsi, müalicəsi, təhsili, beynəlxalq ticarətlə bağlı fəaliyyətdə iştirakının təmin edilməsi zərurəti ilə bağlı hallar istisna olmaqla, xarici vətəndaşlara ilkin yaşayış icazəsinin verilməsi dayandırılıb.

2022-ci ilin oktyabr ayından etibarən Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə 17 milyonluq şəhərin 10 rayonunda əcnəbilərin yaşayış icazəsi alması müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunub ki, 2023-cü ilin martından isə bu qərar bütün 39 bələdiyyəyə şamil edilir. Belə ki, yerli hakimiyyət orqanlarının hərəkətləri qanunsuz miqrasiya ilə mübarizə planları ilə bağlıdır.

Qeyri-qanuni olaraq mənzil kirayəsi və ya otellərdə yerləşdirməyə görə əmlak sahibləri cərimələnə, lisenziyalardan məhrum edilə və hətta azadlıqdan məhrum edilə bilər.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Gürcüstanın xarici ticarət dövriyyəsi – STATİSTİKA
Öncəki yazı
“Vaqner”in hərbçiləri Mərkəzi Afrika Respublikasına getdi